“Valideynlərin övladlarını məktəbdə əyani təhsilə cəlb olunub-olunmaması ilə bağlı hüquqları V-IX sinifdə təhsil alanlara da şamil olunacaq. Bunun üçün xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır. Ancaq əyani şəkildə keçirilən dərslər həmin şagirdlərə tədris olunmayacaq”.

 

Bizimaz.az  xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

“Tədris planlarında müvafiq saatlar var və həmin saatlara görə müəllimlərə əməkhaqqı ödənilir. Təbii ki, valideynlər şagirdi məktəbə göndərməkdən imtina edirsə, onlara ayrıca həmin fənlərin onlayn qaydada tədrisi nəzərdə tutulmur”, - nazirlik rəsmisi bildirib.