"215 KL-də Çingiz fəaliyyət göstərirdi. Orada bir neçə nəfər yaradıcı insanlarla birgə işləyirdi. Cəmiyyətin çox böyük nüfuza malik olan insanlarını asanlıqla ifşa edirdi və onların səhvlərini birbaşa yayımda xalqa çatdırırdı. Bunun nəticəsi oldu ki, o, çoxlu düşmən qazandı və 215 KL studiyası dağıldı".
Bizimaz.az xəbər verir ki, bu sözləri İTV-də Vahid Mustafayev böyük qardaşı, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin jurnalistlik fəaliyyətindən danışarkən deyib.
O əlavə edib ki, bundan sonra qardaşına müraciət edib ki, onlarla birgə çalışsın: "Onda Çingiz artıq məşhur idi. Onda ANS-in rəhbəri olaraq mənim üçün bu maraqlı idi ki, Çingiz kimi patron bizim maqazinimizdə olsun. Amma Çingiz etiraz etdi. Yalnız bir veriliş - Şuşanın götürülməsi barədə birlikdə hazırladıq. Bu, yeganə Çingizlə televiziya yaradıcılığımızın bir nümunəsi olmuşdu".
BAKU.WS