Xəbər lenti

AZAL-dan Laçın və ya Kəlbəcərdə tikiləcək aeroportla bağlı açıqlama
 

“Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq aeroportun tikintisi davam edir. Hava limanının uçuş-enmə zolağının bu ilin sonunadək istismara veriləcəyi gözlənilir”.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə REAL TV-yə AZAL-ın vitse-prezidenti Etibar Hüseynov bildirib. O qeyd edib ki, hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır:

“Ali Baş Komandanın müvafiq tapşırığı ilə işğaldan azad olunan ərazilərdə bir sıra layihələr həyata keçirilir. Füzuli beynəlxalq hava limanının tikintisi də bu layihələrdən biridir. Layihəyə aerovağzal binası, uzunluğu 3 min, eni 45 metrlik asfalt-beton örtüklü uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün sahəsi 60 min kv metr olan perron və 6500 kv m yönəldici yol, giriş yolu və 120 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq yeri daxildir. Hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır. Müdafiə Nazirliyinin mexanizmləri ilə yanaşı Böyük Britaniyadan minaları zərərsizləşdirən unikal mexanizm də gətirilib”.

Etibar Hüseynovun sözlərinə görə, 250 min kv metr ərazi təmizlənən kimi uçuş-enmə zolağının tikintisini bu sahədə böyük təcrübəsi olan "AzVirt” MMC həyata keçirəcək: “Hazırda uçuş-enmə zolağının özülünün qoyulması üçün torpaq yataqları çıxarılır. Bundan sonra lazımi avadanlıqların alınması üçün xarici ölkələrlə müqavilələr bağlanıb. Naviqasiya, işıq-siqnal sistemləri, meteo avadanlıqları ilin sonuna qədər alınacaq və istismara veriləcək. Aeroportun tez zamanda istifadəyə verilməsi üçün iş gedir”.

AZAL rəsmisi həmçinin bildirib ki, aprel ayının sonunadək Laçın və ya Kəlbəcər ərazisində də beynəlxalq hava limanının tikintisi ilə bağlı layihələr həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri zamanı Füzuli beynəlxalq aeroportunun təməlqoyma mərasimində iştirak etmişdi.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov