“Sülhməramlıların nəzarətindəki ərazilərdə yerləşən “Qızılbulaq” və “Dəmirli” qızıl yataqlarının istismarını hansı dövlətin həyata keçirilməsi barədə məsələyə baxılacaq”.
Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
O qeyd edib ki, hələlik bu məsələ barədə heç bir qərar yoxdur: “Gələcəkdə bu məsələyə baxılacaq”.