“Fevralın 1-dən ənənəvi tədrisin bərpası zamanı siniflərin yarımqruplara bölünməsi müəllimlərin dərs yükünü artırmayacaq”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, müəllimin dərs yükü iki yarım qrup arasında bölünəcək:
“Qalan dərs saatları teledərslərlə kompensasiya ediləcək. “Dərs vaxtı” proqramının cədvəlinin hazırkı vəziyyətdəki kimi qalması tövsiyə olunur”.