“Repetitor fəaliyyəti ilə məşğul olan müəssisələrin fevralın 1-dən müvafiq say gözlənilməklə bərpası nəzərdə tutulur”.
Bizimaz.az bildiirir ki, Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, bunlar təhsil xidməti göstərən sahibkarlıq subyekti kimi nəzərdə tutulur:
“Bu kursların 10 nəfərdən çox olmamaqla açılması nəzərdə tutulur”.