Ölkəmizdə müəyyən sayda tələbənin təhsil haqqını ödəmə problemi var.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, burda ali təhsil müəssisəsinin səlahiyyətlər və imkanlar məsələsi var:
"Bu il ərzində təhsil kreditləri ilə bağlı həm Milli Məclis, həm də hökumətdə qərar qəbul edilməsi üçün planlarımız var. Bunun bir həll yolu olduğunu hesab edirəm. Bu kreditlərin iki istiqamətdə olmasını düşünürük. Belə ki, biri faizsiz kreditlərdir ki, sosial baxımdan həssas olanlara, digəri isə tələbənin bacarıqlarına əsasən hesablanır".