"1 fevral tarixindən Bakı şəhəri, Sumqayıt, Abşeron və ümumiyyətlə ölkənin bütün ərazisində ibtidai təhsil səviyyəsi, məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyəti qismən bərpa edilir".
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.
Təhsil naziri əlavə edib ki, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.
BAKU.WS