Xəbər lenti

 

“Son vaxtlar Xəzər dənizinin səviyyəsi ilə bağlı müxtəlif fikirlər mətbuatda yer alır. Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər”.

 

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.  

“Bunlardan biri də dənizin gələcəkdə 9-18 metr aşağı düşəcəyi haqqında proqnozla bağlıdır. Baxmayaraq ki, Xəzər dənizinin səviyyə dəyişmələrinə aid açıqlamalar vaxtaşırı mütəxəssislərimiz tərəfindən işıqlandırılır”, - deyə o qeyd edib.

U.Tağıyeva əhaliyə bu cür proqnozların heç bir tarixi əsasının olmadığını və yalnız yüzdə bir faiz ehtimal oluna biləcək bir fərziyyə kimi nəzərə almalarını tövsiyə edib:

“Ötən əsrin ikinci yarısında Xəzər dənizində müşahidə olunmuş səviyyə tərəddüdləri mütəmadi xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunan ən aşağı həddə - Baltik sistemi ilə -29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq -26,5 metrə çatıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sözlərinə görə, Xəzər dənizi üzərində aparılmış uzunmüddətli müşahidələrə əsasən dənizin səviyyəsinin dəyişmə amplitudası son 100 ildə 3 metrdən artıq olmayıb:

“Avropalı alimlərin verdiyi proqnoz onların Xəzər dənizinin cazibə səviyyəsi barədə anlayışlarının olmadığını göstərir. Cazibə səviyyəsi o deməkdir ki, dənizin səviyyəsi qaxdıqca güclü buxarlanma baş verir və səviyyənin aşağı düşməsinə səbəb olur. Səviyyə azalanda dənizdə buxarlanma da azalır və nəticədə suyun səviyyəsi yenidən qalxır”.

Akademik onu da qeyd edib ki, riyazi modellərin nəticələrinin təhlilində istənilən ərazinin təbii-coğrafi şəraiti nəzərə alınmalıdır. Əks halda həqiqətə uyğun olmayan bu cür yanlış proqnozlar üzə çıxmış olur:

“Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Bunun səbəbi iqlim faktoru ilə bağlı kifayət qədər qeyri-müəyyənliklərin olması, dənizə tökülən iri çayların sululuğunun həcmi, baş verən dənizdibi tektonik proseslər və digər amillərlə izah edilir”.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov