4-10 yanvar tarixlərində 4386 yoluxma qeydə alınıb.
Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, dekabrla müqayisədə bu gün sağalanların sayı 3-4 dəfə çoxdur:
“Bu baxımdan reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur. Bu da karantin tədbirlərinin nəticəsindədir.
14 dekabrda aparılan testlərdə pozitiv nəticələrin sayı 31 faiz olduğu halda, bu gün 5 faizə düşüb. Bu, sevindirici haldır”, - deyə Y.Qarayeva qeyd edib.