Xəbər lenti




Çox güman ki, burada bir təxribat var, burada bir düşmən əli var.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, peyvəndin verə biləcəyi zərər bizim o istifadə etdiyimiz lazımsız qidalardan, lazımsız həyat tərzimizdən qat-qat aşağıdır:

"Vaksinlə bağlı bu dezinformasiyalar, yanlış yerə onlarda qorxu yaratmağın səhv addım olduğunu düşünməliyik. Hər deyilən neqativ məsələyə fikir verməməliyik. Şübhəsiz ki, vaksinlə bağlı xoşagəlməz məlumatların yayılmasında bizi bir ölkə olaraq istəməyənlərin də rolu var. Çünki tarixən biz özümüz də, övladlarımız da, yaxınlarımız da həmişə peyvəndlərdən istifadə etmişik. Şükürlər olsun, bunun heç bir fəsadı, problemi olmayıb. Bugünkü dünyada nəinki bizdə, bütün dünyada insanların 80-90 il, bəzən 100 il yaşamalarının da əsas səbəblərindən biri peyvəndlərin olunmasıdır. Yoxsa, insanlar çox müxtəlif yoluxucu xəstəliklərdən həyatını itirə bilərdi. 

Vaksin öldürülmüş, zəiflədilmiş viruslardır və onun hansısa bir hissəcikləridir. Bunu orqanizmə vuranda heç bir xəstəlik yarana bilməz, mümkün deyil. Çox yüksək allergiyası olan insanlara gəldikdə, onlar tək vaksinə qarşı yox, adicə vitamin "C"yə, aspirinə, sadə bir dərmanlara qarşı da allergiya verə bilirlər, bunu hər kəs bilir. İnsan var ki, bir ətir iyindən az qala boğulur və yaxud hansısa bir meyvəni yeyir, ondan ciddi bir allergiya verir. Allergiya hər şeyə qarşı ola bilər - qida vasitələrinə, dərman preparatlarına, eləcə də peyvəndə qarşı. Bu da 50-100 min insandan brində belə reaksiya ola bilər. O da ki özü məlumatlıdırsa, allergiyası barədə məlumat verir, onun öncədən analizlərinə baxırlar. Məlumatı yoxdursa, şübhəsi varsa, yenə yoxlanışdan keçə bilər. Peyvənd olunan yerlərdə anasvaksiyaya, şoka qarşı dərman preparatları hazır olur ki, xəstə narahat olsa, ona istifadə olunsun. Yəni, mümkün deyil ki,  virusun ölmüş, zəiflədilmiş bir hissəsi virusa görə insanda bir xəstəlik yaratsın. Bu mümkün olmayan bir şeydir.

Koronavirusa yoluxanların 80%-i, demək olar ki, yüngül keçirdir. Canlı virus düşən orqanizmdə 80% insan yüngül keçirdirsə, necə ola bilər ki, ölmüş, zəiflədilmiş virus xəstəlik yaratsın?! Bu absurd, məntiqsiz bir şeydir. Digər bir tərəfdən, biz bütün günü fəstfud yeyirik, bütün günü uşaqlarımız çipsi, dönər, şaurma yeyir. İndi restoranlar işləmir, amma çatdırılma ilə sifariş edirlər, çox adam da gətizdirir evində yeyir. Bu peyvəndin verə biləcəyi zərər bizim o istifadə etdiyimiz lazımsız qidalardan, lazımsız həyat tərzimizdən qat-qat aşağıdır. 

 

Bütün həyatımız bu gün iflic olubdur. Hər tərəf karantin, SMS icazə, nə qədər obyektlər işləmir, nə qədər insanlar bu dəqiqə çətin vəziyyətdədir. Biz bu peyvəndlənməni etməsək, məcburuq ki, illərlə bu vəziyyətdə qalaq. İqtisadiyyat çökür, təhsil dayanıbdır. İnsanlar illərlə gedib başqalarının xeyir işində iştirak edib ümidlə ki, mənim də övladımın xeyir işi olacaq, mənim də qonaqlarım gələcək, həm mənə maddi kömək olacaq, həm də ki bir şənlik edəcəm. İnsanlar bunu da edə bilmir. Bütün bu problemlərin aradan qaldırılmağının tək bir yolu var - vaksinasiya, başqa yol yoxdur! Biz bunu başa düşməliyik. Bəziləri deyir ki, vaksinin içində əlavə maddələr var. Tutalım ki az miqdarda aliminium maddəsi var. Yediyimiz ispanağın tərkibindəki aliminium vaksinin tərkibindəki aliminiumdan qat-qat çoxdur. Qətiyyən çəkinmək lazım deyil. 

Dövlət bunu öz xeyri üçün etmir ki, həm də insanların xeyri üçün edir. Dövlət özü də maraqlıdır ki, bu karantin rejimləri götürülsün. Çünki həm 190 manatları götürək, həm iqtisadiyyata dəstək üçün ayrılan əlavə vəsaitləri götürək. Xəstəxanada yatan bir COVİD-19 xəstəsinin müalicəsinə bəzən 30 min manata qədər pul xərclənir. Xəstələrə istifadə etmək üçün bəzən elə bahalı dərmanlar lazım olur ki, ona xidmət edən personalın artım maaşları var. Bu dövlətə heç də sərf etmir. Bu dəqiqə 20-30 xəstəxana koronavirus xəstələri üçün bağlıdır. Orada yatan xəstələrin hamısının müalicə xərclərini də dövlət qarşılayır. Düzdür, çatışmazlıqlar da var. Bəzən dərman çatımazlığı da olur, bəzən qulluqda da qüsurlara rast gəlinir. Amma nə qədər olsa belə, yenə də bu, dövlətə ciddi iqtisadi zərbə vurur. Ona görə də vaksinasiya birmənalı sürətdə vacibdir. Burada ikinci variant yoxdur".

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov