Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə müraciət edib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, Ə.İsmayılov Real TV-yə müsahibəsi zamanı jurnalistlərlə birlikdə müzakirələrə açıq olduğunu vurğulayıb.
“Agentlik olaraq, media subyektləri, jurnalistlər və media sahəsində çalışan ekspertlər tərəfindən verilən təkliflərə həmişə açığıq. Müzakirələrə açığıq. Onların təkliflərini müzakirə etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə bütün səylərini əsirgəməsinlər”, - icraçı direktor bildirib.