Bakıda tikintisi başa çatdırılan "8 noyabr" stansiyası istismara hazırlanır.
Bizimaz.az bildirir ki, Bu barədə Modern.az-a Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, istismara hazırlanan “8 Noyabr” stansiyasında 17 eskalator və 3 lift quraşdırılıb:
"Həmçinin digər eskalatorlu stansiyalarda bir sıra işlər görülüb, texniki normativlərə uyğun baxış və yoxlama tədbirlərinin gücləndirilməsi ilə yanaşı, təmir-sazlama işləri aparılıb. Bu əsasda istehsalçı “ThyssenKrupp” şirkətinin verdiyi zəmanət müddəti çərçivəsində 18 eskalatorda mühərrik-reduktor yenilənib. Bir sıra eskalatorlarda isə təkmilləşdirmə, təhlükəsizliyin gücləndirilməsi üçün texniki tədbirlər uğurla başa çatdırılıb".