Qarabağda iqtisadi, ticari və nəqliyyat əlaqələrini bərpa etmək, sərhədlərin açıqlaması üçün xüsusi qrup yaradılacaq.
Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşdə məlumat verib.
Onun sözlərinə görə, İşçi Qrupuna Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri rəhbərlik edəcək.