Xəbər lenti



Son bir gündə "Whatsapp" mesencerinin istifadəçilərə aid məlumatların Facebook-a və onun proqramlarına ötürülməsi böyük müzakirələrə səbəb olub.

 

Bizimaz.az  Trend-ə istinadla xəbər verir ki, "WhatsApp" ötən ilin iyulunda məxfilik şərtləri və siyasəti qaydalarında dəyişiklik olacağını elan etmişdi. Yeni qayda isə o deməkdir ki, əvvəl istifadəçi öz məlumatlarını "Facebok"a ötürməyə bilərdi və ona seçim verilirdi. İndi isə yeni qaydalarda belə seçim artıq olmayacaq. Ya qaydaları qəbul edib mesencerdən istifadə etməlisiz, ya da imtina edərək hesabınızı silməlisiz.

"WhatsApp"ın bu dəyişikliyi isə Azərbaycanda və dünyada bir mənalı qarşılanmayıb. Müzakirə mövzusuna çevirilən bu qərardan sonra bəziləri "WhatsApp"ı silməyi və alternativ proqramlardan istifadə etməyi tövsiyə edib.

Türkiyə Prezidentinin ofisinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.

Bildirilib ki, “WhatsApp” mesajlaşma proqramını “Turkcell”in şifrəli mesajlaşma tətbiqi olan “BiP" ilə əvəz olunması nəzərdə tutulur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, indi "WhatsApp" da "Facebook"-a məxsus olduğundan bu datalardan reklam məqsədilə də istifadə olunacaq:

"Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə dövlət və böyük biznes qurumlarının əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Bu resusların sahibi xarici vətəndaş, resurs da xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanır. Ola bilər ki, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi başqa biri olsun və daha başqa qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan ( "Telegram", "Signal" və s) istifadə etmək doğru olardı".

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov