“Azərbaycanda ən çox havanın çirkləndiyi ərazi Bakı şəhəridir”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, atmosfer üzərində aparılan monitorinqlər onu göstərir ki, Bakıda nəqliyyat daha çox havanı çirkləndirir:
“Azərbaycan regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb. Çalışırıq ki, bəzi yerlərdə belə iqlim şəraitinə az müdaxilə olsun”.