Xəbər lenti



08 yanvar 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı “Tədqiqat universiteti” statusunun əldə olunması məsələsi müzakirə olunub.


Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək “Tədqiqat universiteti” statusunun əldə olunması üçün mövcud olan imkanlar, meyarlar, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr barədə danışıb. Bildirilib ki, son illərdə universitetdə görülmüş işlər bu statusa nail olmaq imkanlarını xeyli genişləndirmişdir. Statusunun əldə olunması üçün ən mühüm meyarlardan biri beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) nəşr olunan məqalələrin sayıdır. Bu sahədə universitetdə bir sıra işlərin görülməsinə, o cümlədən Web of Science platformasına qoşulmağa baxmayaraq universitet əməkdaşları tərəfindən bu jurnallarda nəşr olunan məqalələrin sayının artırılması aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu problem eyni zamanda Academic Ranking of World Universities (ARWU), QS Reytinqi (QS World University Rankings, QS), Tayms Reytinqlərində (Times Higher Education World University Rankings, THE) yer almasında əsas maneələrdən biridir.

Məsələ ilə bağlı Elmi Şura üzvlərindən professor Qənbər Abdullayev, professor Məhərrəm Hüseynov, professor Cəmaləddin Məmmədov, dosent Suliddin Abbasov çıxış ediblər. Bildirilib ki, bu istiqamətdə əsas problemlərdən biri müvafiq jurnallarda nəşr xərclərinin yüksək olması və əməkdaşların bir çoxunun bu xərcləri ödəməkdə çətinlik çəkməsidir.

Elmi Şura məsələ ilə bağlı təklifləri ümumiləşdirərək universitet əməkdaşlarının beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda nəşr xərclərinin 50 faizinin universitetin büdcədənkənar vəsaiti hesabına ödənilməsinə barədə qərar qəbul olunub.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov