Bu gün daha 96 nəfər avtomobillə təmin edilib.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O, müharibə ilə əlaqədar əlilliyi olanlara və onlara bərabər tutulanlara - hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7150 avtomobil verildiyini diqqətə çatdırıb.