Xəbər lenti

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və Vətən Müharibəsi iştirakçısı olmuş paytaxt müəllimləri iştirak ediblər.

Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə iştirakçıları salamlayan BŞTİ müdiri Mehriban Vəliyeva düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyini, xalqımızın Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun əzmi sayəsində tariximizin ən parlaq zəfərlərindən birini qazandığını bildirib.

İdarə müdiri “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Faəliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən Müharibəsi dövründə ölkəmizi şanlı qələbəyə aparan daxili və xarici siyasətinin təbliği ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması vəziyyəti, ordumuzun və dövlətimizin əldə etdiyi uğurların mütəmadi təşviqinin aparılması kimi məsələlərə diqqət çəkib.

BŞTİ müdiri Vətən Müharibəsində iştirak edən müəllimlərin təkcə sinif otaqlarında deyil, döyüş meydanındakı qəhrəmanlıqları ilə şagirdlərə vətənpərvərlik dərsi keçməyin mümkünlüyünü sübut etdiklərini, məktəblilər üçün örnək olduqlarını qeyd edib. İdarə müdiri xüsusi karantin rejimi bitdikdən sonra Vətən Müharibəsində iştirak etmiş müəllimlərlə bir daha görüşəcəyini də söyləyib.

M.Vəliyeva çıxışı zamanı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllimin koronavirus infeksiyasından vəfat etdiyini bildirib. 

BŞTİ müdiri distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Nazirlər Kabinetinin qərarına əsasən, distan təhsilin müddətinin 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadıldığına və distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyinə toxunub.

M.Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

Çıxışı zamanı M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib. Pandemiyanın geniş vüsət alması ilə bağlı şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin daha da geniş formada aparılmasının vacibliyini xatırladıb.

BŞTİ müdiri keyfiyyətə nəzarət, qiymətləndirmə, ictimiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, məktəb saytlarına nəzarət, və digər məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndirib.

Sonda BŞTİ tərəfindən Fəxri fərmana layiq görülən 24 məktəb direktorunun adları açıqlanıb

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov