Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Bizimaz.az “Report”-a istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlir və xərcləri 5 milyard 146 milyon 30 min 160 manat məbləğində müəyyən edilib.
Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsindən əhaliyə ödənişlər üzrə xərclərə 5 milyard 4,8 milyon manat, o cümlədən, əmək pensiyalarının ödənilməsi xərclərinə 4 milyard 880 milyon manat, hamiləliyə və doğuma görə 40 milyon 50 min manat, uşağın anadan olmasına görə 11,8 milyon manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 milyon 170 min manat, dəfn üçün 24 milyon 60 min manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.