Xəbər lenti

 

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi tərəfindən “Ermənistan-Azərbaycan müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı ilkin hesabat” hazırlanıb.

 

Hesabat Azərbaycan ictimaiyyətinə təqdim edilib.

Hesabat iki dövrü – 1988-ci idən başlayaraq 27 sentyabr 2020-ci ilədək yəni birinci 1-ci Qarabağ Savaşı, ondan sonrakı dövrü və 27 sentyabr 2020-ci ildən sonrakı Vətən Müharibəsi (2-ci Qarabağ Savaşı) dövrünü əhatə edir və bir neçə hissədən ibarətdir.

Birinci hissədə əsir və girovlarla bağlı anlayışlar, beynəlxalq normativ sənədlər haqqında qısa məlumatlar verilib, onun tələbləri izah edilib.

İkinci hissədə isə Ermənistan-Azərbaycan münaqişəsinin Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı məlumatlar yer alıb. Bu hissədə Birinci Qarabağ Müharibəsində əsir, girov və itkin düşmüşlər barədə 01.12.2020-ci il tarixinə olan məlumatlar verilib.

Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülüb, həmçinin, azad edilmiş şəxslərlə bağlı statistik məlumatlara görə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər – 3890 nəfər (kişilər - 3623 nəfər, qadınlar - 267 nəfər), onlardan 3171 nəfər hərbçilər, 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca) mülki şəxslər, itkinlərdən 872 nəfərinin (kişilər 774 nəfər, qadınlar 98 nəfər, həmçinin hərbçilər 605 nəfər, mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)) əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər kimi qeydiyyata alınıb, 1480 nəfər (hərbçilər 378 nəfər, mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)) əsir və girovluqdan azad edilib.

Bu bölmədə qeyd olunan azərbaycanlı əsirlərin taleyi, onlara qarşı pis rəftar hadisələri, işgəncələrə məruz qalma, şəxisiyyətin alçaldılması barədə çoxlu sayda faktlar, dəlillər, bu işgəncələrə məruz qalmış şəxslər barədə məlumatlar, ayrıca bir altbaşlıqlarla taleyi naməlum olan əsirlər və girovlar, əsirlikdə qətlə yetirilənlər, Ermənistanda əsir və girovluqda qul kimi istiafdə olunan azərbaycanlılar, 1993-cü ildən bu günə qədər Azərbaycan əsirləri onların taleyi haqda məlumatlar, fotolar dərc edilib.

Növbəti, “Ermənilərin azərbaycanlı əsir və girovlara qarşı törətdikləri işgəncələrin (vəhşiliklərin) bəzi nümunələri” hissədə, ermənilərin azərbaycanlı əsir və girovlara qarşı istiafadə etdiyi işgəncələr, işgəncəyə məruz qalmış şəxslər barədə məlumatlar verilmiş, erməni vəhşiliyini sübut edən faktlar əksini tapıb.

Materiallar bir daha təsdiq edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub.

Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib, onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib.

Dörüdüncü hissədə isə 27 sentyabr-10 noyabr 2020-ci il Vətən Müharibəsində (İkinci Qarabağ müharibəsi) azərbaycanlı əsirlərə qarşı işgəncə faktları dərc edilib. Müharibə zamanı erməni terrorçularına çox ciddi zərbələr vurulub. Ancaq əlbəttə ki, döyüşlər zamanı hər iki tərəfdən əsir düşənlər olur.

Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün norma və prinsipləri qoruyub.

Ancaq çox təəssüf ki, erməni tərəfi azərbaycanlı əsirlərlə davranışda hər zaman olduğu kimi vandallıq, barbarlıq edir, sosial şəbəkələrdə azərbaycanlı əsirlərə verdikləri işgəncələri açıq-aşkar nümayiş etdirirlər. Bu, erməni vəhşiliyinin, erməni murdarlığının növbəti bir təzahürüdür.

Əsir düşmüş Azərbaycan vətəndaşları Ermənistanda həmişə olduğu kimi yenə işgəncələrə, pis rəftar və şəxsiyyətin alçaldılmsı hallarına məzruz qalıblar. Hətta erməni vəhşiliyinin nümunəsi kimi yaralı əsgərlərimizə verilən işgəncələr barədə faktlar, bizim əsirlərin hər birinə qarşı pis rəftar, işgəncə, şəxsiyyətin alçaldılması faktlarının olması foto, video və şahid ifadələri ilə tam sübut olunub.

Bu mənada Erməsitan Respublikasının azərbaycanlı əsirlərə qarşı törətdiyi cinayətlərin anti-göstəricisi 100%-dir. Bununla bağlı Azərbaycan tərəfdə kifayət qədər tutarlı materiallar var. Bundan əlavə, ən iyrənc, insanlığa yaraşmayan fəaliyyət kimi erməni silahlı qüvvələrinin Azərbaycan əsgərlərinin cəsədləri üzərində təhqiredici, aşağılayıcı hərəkətlərə yol verilməsidir. Bu barədə də kifayət qədər video, foto və s. materiallar da mövcuddur.

Hesabatda 6 il erməni girovluğunda saxlanılmış Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı isə ayrıca məlumat verilib. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurmuşdular.

“Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunublar. Bu dövr ərzində onların hansı şəraitdə saxlandığı, nə cür işgəncələrə məruz qalmaları və s. haqda kifayət qədər əsaslar var.

Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar susqun qalıblar. Çox təəssüfedici haldır ki, 21-ci əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar səssiz yanaşıb.

Bu azmış kimi, ayrı–ayrı siyasi, dini konyukturaya xidmət edən transmilli mərkəzlərin təşkilatçılığı ilə məqsədli şəkildə qərəzli, ədalətsiz, həyasız dezinformasiyalar yayılır, əsası olmayan, heç bir sübuta, dəlilə söykənməyən, əldəqayırma ittihamlarla Azərbaycan Respublikasına, rəşadətlı ordumuza, ölkənin siaysi və hərbi rəhbərlyinə qarşı təbliğat aparılır.

Bu böhtan kampaniyasının seqmentlərinin biri də hərbi əsirlərlə, girovlarla rəftarla bağlıdır. Bu məsələyə qeyri-obyektiv, qərəzli yanaşma aşkar sezilir. Məhz təqdim edilən hesabat da bu sahədə ölkəmizə, ordumuza qarşı aparılan bu çirkin kampaniyaya tutarlı, adekvat cavab vermək, dünya ictimaiyyətinə obyektiv, doğru məlumatlar yaymaq məqəsədinə xidmət edir.

Ölkə və dünya ictimaiyyətin diqqətinə təqdim edilən bu hesabat hərbi əsirlərə və girovlara rəftarla bağlı bir neçə ay ərzində aparılmış müşahidələr, toplanmış materiallar, KİV-də dərc olunan yazılar, video yazılar, şahid ifadələri əsasında, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, İsrail və s. ölkələrin mənbələrinə istinadən, müqayisəli şəkildə təhlil aparılaraq hazırlayıb.

Hesabatın sonunda isə müşahidə və araşdırmadan hasil olunan nəticələr qeyd olunub.

Qeyd etmək lazımdır ki, bu sənəd ilkin hesabat olaraq əldə olan materialların araşdırmasının tam yekunlaşmış bir hissəsinin nəticəsidir. Əldə hələ məlumatların dəqiqləşməsinə ehtiyac duyulan, araşdırmanın və təhlili tam yekunlaşmamış kifayət qədər material qalmaqdadır.

Bu işlər də yekunlaşdıqdan sonra hesabat tam şəkildə ictimaiyyətə təqdim ediləcək. Bunun özü hesabatın ehtimallara, şaiyələrə deyil, maksimum dərəcədə, təkzibolunmaz sübut və dəlillərə söykənməsinə, obyektiv və ədalətli olmasına dəlalət edir.

Hesabat daha sonra müxtəlif dillərə tərcümə edilərək, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq, beynəlxalq təşkilatlara, xarici dövlətlərin nümayəndələrinə yayılacaq.

Hesabat “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli tərəfindən hazırlanıb.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov