Cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4 faiz artması proqnozlaşdırılır.
Bizimaz.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Millət vəkili qeyd edib ki, bu, həmin dövrdə ölkə üzrə infilyasiya səviyyəsindən (3 faiz) nəzərəçarpacaq dərəcədə çoxdur.
“Bu da pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcək”, - M.Quliyev bildirib.