Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb.
Bizimaz.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin (Rosaviasiya) yaydığı xəbərdə deyilir.
Bildirilir ki, Agentliyin qərarına əsasən, aviareyslər Çelyabinsk şəhərindən Bakıya həyata keçiriləcək.
Bundan başqa, Rosaviasiyanın digər qərarına əsasən, Çelyabinskdən Özbəkistanın Fərqana və Səmərqənd şəhərlərinə də aviauçuşlar həyata keçiriləcək. Bu uçuşları “Severnıy veter” aviaşirkəti yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Çelyabinskdən beynəlxalq reyslər həyata keçirilmir. Buna səbəb həmin hava limanının xaricə icazə verilən uçuşlar siyahısına daxil edilməməsidir.