Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev qeyd edib. O bildirib ki, komitənin yeni mətbuat katibi jurnalist Teymur Mərdanoğludur.
Qeyd edək ki, T.Mərdanoğlu "Lider” televiziyasında çalışıb.