Azərbaycan Hava Yolları QSC-nin (AZAL) bu gün saat 09:10-da Bakıdan Türkiyənin İstanbul şəhərinə yerinə yetirməli olduğu J2 177 reysi ləğv olunub.
Bizimaz.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Axar.az-a verilən məlumata görə, həmin aviareysin sərnişinləri İstanbula AZAL-ın bu gün saat 11:50-də həyata keçirəcəyi J2 175 reysi ilə yola salınacaq.
Sözügedən aviareys sərnişinlərin sayının az olması ilə əlaqədar ləğv edilib.