İşğaldan azad edilən Ağdam rayonunun Şəhidlər Xiyabanı ermənilər tərəfindən bərbad vəziyyətə salınıb.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın ərazidə olan əməkdaşının verdiyi məlumata görə, azərbaycanlı şəhidlərin dəfn edildiyi xiyabanda qəbirlər qazılaraq çıxarılıb. Bu da bir daha mənfur düşmən üçün hər hansı mənəvi dəyərin olmadığını nümayiş etdirir.
Hazırda Ağdam Şəhidlər Xiyabanında iki Milli Qəhrəman – Allahverdi Bağırov və Əlabbas İsgəndərovun məzarları qismən bərpa edilib.
Ətraflı xiyabandan olan fotoları təqdim edirik: