Xəbər lenti

  

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndi istiqamətindəki döyüşlərdə şəhid olan hərbçi Xəyal Məmmədovun anasının təhqir olunması ilə bağlı iddialar barədə açıqlama verib.

 

Bizimaz.az bildirir ki, O, Modern.az-a verdiyi açıqlamada hadisənin “Xəzər”, “Space”, “Real” telekanalları və Türkiyə televiziyalarının əməkdaşları, o cümlədən “CNN Türk”ün müxbiri Fulya Öztürkün gözü qarşısında baş verdiyini deyib:

“Müharibənin ilk günləri idi, mərmi Tərtərə yağış kimi yağırdı, biz də zirzəmi rejimində fəaliyyət göstərirdik. Əməkdaşlarımız gəldi ki, çöldə bir nəfər qadın bayrağı, dövlət atributlarını, rəhbər şəxsləri söyür, deyir ki, “oğlumu öldürüblər”.

Çıxdım ki, ay ana, qadan alım, nədir, nə məsələdir? Qayıtdı ki, “oğlumu tələyə salıb öldürüblər”. Soruşdum ki, oğlun əsgərdir, 18 yaşlılarla gedib? Dedi, yox. Dedim, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətilə mən çağırmışam? Dedi, “yox, oğlum altı ildir ordudadır”. Dedim ki, əgər oğlun ordunu seçib, müqavilə bağlayıb, ordan maaş alıb könüllü xidmətə yollanıbsa, müharibədə ölə də bilər, yaralana da bilər, sağ qala da bilər.

Mənə dedi “bəs sənin oğlun niyə getmir?”. Cavab verdim ki, mənim oğlum doqquzuncu sinifdə oxuyur, çağırılanda o da gedəcək. Dedi, “sənin oğlun öləydi”. Mən də dedim ki, Allahın işidir, qismətində nə varsa, o da olacaq. Danışığımız bax beləcə olub”.

İcra başçısı deyib ki, bu məsələləri sosial şəbəkələrdə başqa cür qələmə verən, onu şişirdən parlament seçkiləri vaxtı Tərtərdən namizədliyini irəli sürmüş Tamella Qulamidir.

Müstəqim Məmmədov şəhidin yas mərasimində hələ iştirak etmədiyini deyib və bunun səbəbini də açıqlayıb:

“Doğrudur, həmin vaxt rəsmi olaraq, şəhidlərin yasında iştirak etməyə icazə verilmirdi. Çünki sürücümdə və köməkçimdə koronavirus testi pozitiv çıxmışdı deyə, mən də 2 həftəlik təcrid olundum, işə çıxmadım. Ona görə yasa getməmişəm. Şəhidin dəfni üçün nə lazımdırsa edilib, başdaşı ailənin istəyinə uyğun qara mərmərdən hazırlanıb.

Onu da qeyd edim ki, Xəyaldan başqa, 57 şəhidimiz vardı, amma heç birinin ailəsi bu cür hərəkət etmədi, hamı dedi “Vətən sağ olsun!”. Mən başa düşürəm, Xəyal evin bir oğlu olub, o ananın təhqirlərini də deyilməmiş sayıram. Dərdlidir, anadır. Etiraf edirəm ki, yasda evlərinə getməmişəm, amma bu da virusa görə idi. Digər şəhid ailələrinin evində olmuşam. Bu yaxınlarda Xəyalgilə də gedəcəm. Yaralılarımızın, şəhidlərimizin ailələrində olmuşam. Əlimdən nə gəlibsə, kömək etmişəm. Bundan sonra şəhid və yaralılarımızın problemləri fərdi şəkildə deyil, “YAŞAT” Fondunun dəstəyilə həll ediləcək”.



 

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov