Xəbər lenti

Bizdə COVİD-lə bağlı tətbiq edilən məhdudiyyət Türkiyədən betərdir. Bizdə insanlar SMS-lə küçəyə çıxırlar.

 

Bizimaz.az  xəbər verir ki, bunu Milli.az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.

O bildirib ki, Yeni il ilə əlaqədar Türkiyədə tətil günlərində tətbiq ediləcəyi nəzərdə tutulan qadağaların Azərbaycanda da tətbiqinə ehtiyac yoxdur:

“Bir ildir ki, insanlar SMS-lə küçəyə çıxırlar. 2-3 saat icazə verirlər. 2 saat müddətində insanlar, onsuz da, evindən uzağa gedə bilməz axı, hara gedəcəklər ki?! SMS rejimi Türkiyədə dekabrın 31-də yerli vaxtla saat 21:00-dan başlayaraq 4 yanvara kimi "evdə qalmaq" rejiminə uyğun küçəyə məhdudiyyətlə çıxmaq, bu müddətdə hər gün 10:00-17:00 saatlarınadək əhalinin yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcəyi qərarından da sərt karantin rejimidir. Bundan da sərti ola bilməz axı.

Türkiyədə yayda toylara icazə verdilər, orada yayda ad günlərini qeyd etməyə icazə verdilər. İnsanlar çimərliklərə getdilər, istirahət etdilər. Bizdə yayda heç o da mümkün olmadı axı. Bizdəki koronavirusla bağlı vəziyyətlə Türkiyədəki eyni deyil. Türkiyədə 10 günlük, 20 günlük, 5 günlük sərt karantin tətbiq edirlər, sonra ləğv edirlər. Amma bizdə insanlar 9 aydır ki, sərt karantin rejimində yaşayırlar. Dünyanın heç bir yerində bu qədər sərt karantin rejimi olmayıb. Və nəticəyə baxaq, virusun yoluxmasına görə 220 ölkə içərisində Azərbaycan 45-ci yerdədir. Ona görə ki, insanlarda kollektiv immunitet yaranmır. Çünki insanlarda istirahətlə, çimərliklərlə əlaqədar D vitamini yaranmadı.

İqtisadiyyata nə qədər ziyan dəyir. Bütün dünya ölkələrində sərt karantin rejimi 3 gün, 40 gün, 2 ay tətbiq olunur. İtaliya İtaliyadır ki, koronavirusun ən ağır dövründə bir aydan sonra hər yumşalmaya getdi, hər yer açıldı".

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov