Qış fəslində birdəfəlik tibbi və təkrar istifadə oluna bilən maskalar, eləcə də respiratorlar istifadəyə uyğundur. Bununla belə, onlar isti mövsümdə olduğundan daha tez-tez dəyişdirilməlidir.
“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli həkim-terapevt, toksikoloq Aleksey Vodovozov qışda maskaların düzgün istifadə qaydaları barədə danışarkən bildirib.
Onun sözlərinə görə, maska qardan islanıbsa, orada kondensant toplanıbsa, tibbi və ya təkrar istifadəyə yararlılığından asılı olmayaraq dəyişdirilməlidir.
“Qışda bu daha da aktuallaşır: bizim verdiyimiz nəfəs ətraf mühitdən daha isti olur, nəticədə maskanın üzərində buz və özünəməxsus sırsıra əmələ gələ bilər. Bu halda o, daha tez-tez dəyişdirilməlidir”, - deyə Vodovozov vurğulayıb.