“Siqaret çəkənlər də ehtiyatlı olsunlar. Taksilərə minəndə mütləq pəncərələri açıq qoymaq lazımdır”.
Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O əlavə edib ki, nə qədər laqeyd davranılsa, virus bədəndə bir o qədər qidalanacaq: “Sosial məsafə məsələsinə ciddi diqqət etmək lazımdır. Çünki hər kəsin ailəsində xəstəlik var. Ona görə də kütləvi yerlərdən uzaq durmaq lazımdır. Mütləq sərt tədbirlər görülməlidir, yoxsa xəstəxanalarda yer olmayacaq".