Azərbaycanın işğaldan azad edilən şəhər və rayonları keyfiyyətli və dayanıqlı televiziya və radio yayımı ilə əhatə olunacaq.
Bizimaz.az bildirir ki, BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, artıq mütəxəssislər tərəfindən bəzi yerlərdə baxış keçirilib.
Bildirilib ki, hazırda Ağsuda və Füzulinin Əhmədbəyli kəndində olan mövcud vericilər vasitəsilə sosial televiziya paketi və 6-dək radio kanalı Şuşada və Hadrutda yayımlanır:
"Relyefdən asılı olaraq bəzi yerlərdə yayım siqnalı zəif ola bilər. Gündəmdə duran əsas məsələ bütün işğaldan azad edilən şəhər və rayonlarda keyfiyyətli və dayanıqlı yayımın təşkil olunmasıdır ki, bu istiqamətdə hazırda zəruri işlər aparılır".