Xəbər lenti


Lənkəranda şəhid dəfnində baş verən hadisə ilə bağlı
 

Lənkəran Şəhər İcra Hakimiyyəti döyuş tapşırığını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osakücə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

 

Bizimaz.az  xəbər verir ki, açıqlamada deyilir: 

"Bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır. İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, şəhid Əflatun Fərəcovun əvvəlcə avtomobil qəzasında həlak olduğu qeydə alınıb, sakinlərin narazılığından sonra isə şəhid olaraq aktlaşdırılıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər də yayılıb.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov