Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayev isə susur
Redaksiyamıza Nizami rayon 57 saylı MKİS-in ərazisində yaşayan sakinlər maraqlı şəkillər göndəriblər.Onlar bildirilər ki, hazırda rayon rəhbərliyi vəzifəsi boş olduğu ücün yerlərdə bəzi məmurlar işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Şəkillərdən göründüyü kimi sakinlər cörək torbasını 57 saylı MKİS-in mühasibatlığından asaraq rayon ərazisində zibilin daşınmamasına belə etiraz edirlər.
Qeyd edək ki, sakinlərin bildirdiyinə görə,MKİS-in binası anbara cevrilib. Harda köhnə əşyalar varsa MKİS rəhbərliyi gətizdirib buraya yığdırır.Sakinlər bildirir ki,rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevi də yerində tapmaq müşkül məsələyə cevrilib.Nə vaxt gedirsən deyirlər ki,ərazidədir. Yerində olanda da katibələri deyirlər ki,qonaqları var. Amma rəisin katibəsinin stolunun üstündəki tortları,şirniyyatları görəndə fikirləşirsən ki,Ramsin müəllim bəy kefində yaşayır.
Qeyd edək ki,Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Fəzan oğlu Məmmədovdur.Yəqin ki,bir gün Qərib müəllim 57 saylı MKİS-in ərazisini gəzəcək və MKİS rəisi Salmanov İbrahim Əli oğlundan şikayətləri dinləyəcək.
Araşdırmamız davam edəcək.
Bizimaz.az