İqtisadiyyat Nazirliyi tərəfindən 10 şəhər və rayonda fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmazda işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
Bu Qərar 2020-ci il 7 noyabr saat 00:00-dan qüvvəyə minəcək.