“Ədalətsizlikdən daha ağrılı bir şey yoxdur ... Ədalətsizliyə son, 30 illik işğalın sonu!”.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu sözləri "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, artıq səbr sona çatıb:

“İçərimizdə çox ağrı var. İlk başlayanlar onlar oldu. Cavab verməyə bilməzdik. Səbr sona çatdı. Ədalət naminə Azərbaycan! Döyüşlər Azərbaycanın azad etməyə çalışdığı işğal olunmuş Azərbaycan ərazilərində gedir!”.

Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.