Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ordumuz erməni işğalçılarını cavab atəşi ilə susdurmaqda davam edirlər.

 

Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, cəbhədə gedən şiddətli döyüşlərdə artıq 7 kəndimiz və bir neçə zirvəmiz işğaldan azad edilib. Kəndlərin azad olunmasını eşidən 71 yaşlı Qəhrəmanova Fitat Xəlil qızı 30 illik həsrətə son qoymaq üçün sandıqda saxladığı evin açarlarını çıxarıb. Sözügedən məlumat qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Q.Fitat Xəlil qızı Cəbrayıl rayonunun Balyand kəndindəndir.

71 yaşlı nənənin fotosunu təqdim edirik: