Xəbər lenti

Avqustun 27-də TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.

 

Bizimaz.az bildirir ki, TƏBİB-dən  verilən məlumata görə, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib. İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar, COVID-19 pnevmoniyasının müalicəsində asetilsisteinin tətbiqi və s. mövzularda müzakirələr aparılıb.

Sonda, Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq Əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb. Komitənin üzvləri aşağıdakılardır:

• Həqiqət Qədirova - Elmi Tədqiqat Agciyər Xəstəliklər İnstitutunun direktoru, Tibb Elmləri Doktoru, Professor

• Azər Kərimov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru, Professor

• Nailə Rəhimova - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru

• Yavər Şıxəliyev - 1 saylı Vərəm Dispanserinin baş həkimi, Tibb Elmləri Doktoru, Professor

• Emil İskəndərov - M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, Tibb Elmləri Doktoru

• Arif Mehdiyev - AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun "İnteqrativ fəaliyyətinin molekulyar əsasları"laboratoriyasının rəhbəri, Biologiya Elmləri Doktoru

• Yaqut Qarayeva - "Tibbi Ərəzi Bölmələrini İdarəetmə Birliyi"nin Tibbi statistika və etika şöbəsinin müdiri, Tibb üzrə Fəlsəfə Doktoru

• Təranə Cavadova - Elmi Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru

• Aynurə İsmayılova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru

• Səadət Hüseynova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini (kiçik elmi işçi), Tibb üzrə Fəlsəfə Doktoru

• Lalə Rüstəmova - V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya laboratoriyasının müdiri, Tibb üzrə Fəlsəfə Doktoru, dosent

• Valeh Hüseynov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, Tibb üzrə Fəlsəfə Doktoru

• Qumral Ələkbərova - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Transfuziologiya üzrə direktor müavini, Tibb üzrə Fəlsəfə Doktoru

• Fərrux Sədirov – TƏBİB-in cənub bölgəsinin koordinatoru, Həkim infeksionist

• Vasif Əliyev - Müstəqil Ekspert, İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Həkim infeksionist

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov