Xərçəng xəstəliyi gənclərdə yaşlı insanlara nisbətən daha sürətli inkişaf edir.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı cərrah-onkoloq İvan Karasev deyib.
Yaş amilinin xərçəngin inkişaf tempinə təsirindən danışan onkoloq bunun bədəndəki metabolik proseslərin sürətindən asılı olduğunu bildirib.
Onun sözlərinə görə, yüksək hormonal dəyişikliklərin fonunda hormona həssas olan şişlər daha sürətlə böyüyür.
Hər hansı hormonal pozğunluq xəstəliyin başlanmasına səbəb ola bilər. İrsiyyətə gəldikdə isə xərçəngin bu növü ümumi yoluxanların 5-7%-ni təşkil edir”, - onkoloq bildirib.