Xəbər lenti



2020-ci il avqustun 26-da Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU), Aqrar Elm və İnnovasiya Mərkəzi və Aqrar Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı, eləcə də respublikamızda Şəmkir, Goranboy və Yalama ərazisində fəaliyyət göstərən Aqroparkların nümayəndələrinin iştirakı ilə “Aqrar təhsilin, elmin və istehsalın inteqrasiyasında aqroparkların rolu” mövzusunda onlayn elmi-praktirk videokonfrans keçirildi.

 

Tədbiri giriş sözü ilə ADAU-nu elm şöbəsinin müdiri, b.f.d. Aytəkin Əsgərova açaraq bildirib ki, konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nın aqrar təhsildə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin təmin edilməsi və aqrobiznesin inkişafına dəstək infrastrukturunun formalaşdırılması prioritetlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğunu diqqətə çatdırdı.


Sonra AEİM-nin direktoru, a.e.f.d. İmran Cümşüdov aqrar sahənin müasir inkişafında və innovasiyaların tətbiqində aqroparkların rolundan danışıb. Aqrar sahə üzrə aparılan elmi-tədqiqat işlərinin aqroparklarda tətbiqi imkanlarına dair fikirlərini söyləyib.

ATM-nin direktoru, i.e.f.d. Firdovsi Fikrətzadə aqrar təhsilin, elmin və istehsalın interqasiyasında beynəlxalq təcrübələr barədə məlumat verdi və aqroparklarda tətbiq olunan texnologiyalar və onların istehsalata transferi mövzusunda aparılan tədqiqatlara dair məruzə edib.

Daha sonra Xatirə Məmmədova (“Region Aqropark” MMC-Goranboy rayonu), Şəlalə Mövlayeva (“Şəmkir Aqropark” MMC-Şəmkir rayonu) və Mirrəhman Ağazadə (“Yalama Aqropark” MMC-Xaçmaz rayonu) təmsil etdikləri aqroparkların kadrlara olan ehtiyacının ödənilmə səviyyəsi və universitet-sənaye əməkdaşlığında Karyera Mərkəzinin rolundan bəhs edən çıxışlar ediblər.

Sonda qarşılıqlı maraq doğuran bir sıra suallar ətrafında geniş müzakirələdən sonra, bu cür konfransların gələcəkdə də təşkil olunmasının vacibliyi qeyd olunub.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov