Hazırda Azərbaycanda 1 848 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan 161 nəfər reanimasiyada, 20 nəfər isə süni tənəffüs cihazındadır.
Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.
Bu günə qədər 35 559 nəfər virusa yoluxub, 33 190 nəfər isə sağalıb.
Qeyd edək ki, dünən 6 612 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 885 279 test aparılıb.