Xəbər lenti



Azərbaycanda 13 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimində müəyyən yumşalmalar tədbiq edilir. Belə ki, avqustun 18-də açıq havada olan ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.

Bu gün hər kəsi maraqlandıran məsələ rayonlara gediş-gəlişə nə zaman icazə verilməsidir. Koronavirus testindən keçən şəxslərin rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?

 

Bizimaz.az  xəbər verir ki, bununla bağlı “sonxeber.az”a danışan deputat Ramil Həsən bildirib ki, müəyyən yumşalma prosesləri getdiyinə görə Bakı şəhərində çimərliklərdə, restoranlarda və iaşə obyektlərində insanların sıxlığı müşahidə olunur:

"Sıxlığı təbii yollarla, yəni havaların isti keçməsini nəzərə alaraq və pandemiya şəraitinə uyğun müəyyən edilmiş qaydalara əməl edilməklə insanların rayonlara getməsini şərait yaradılmaldır.

Təbii ki, bu müəyyən Bakı şəhərində sıxlığın və basabasın ortadan qaldırılmasına da kömək edəcək. Eyni zamanda ibu nsanlarımız istirahət etməsi ilə yanaşı Bakı şəhərini boşatmasına və buradakı restoranlarda, iaşə obyektlərində virusun yayılmasının qarşısını alınması üçün də effektli olar.

Burada əsas hansı çərçivədə insanların rayonlara buraxılması məsələsidir. Bu barədə mütəxəssislər daha doğru qərar verə bilər".

Deputat qeyd edib ki, rayona gedib istirahət mərkəzlərində və kirayə ev tutmaq vətəndaşların müəyyən qədər maddi imkanı yəqin ki, vardır. İnsanlarımız koronavirus testindən keçərək rayonlara gedə bilər.

Əlbəttə analizin qiyməti normal standartlarda olmaq şərti ilə. Polis postlarında koronavirus testinin nəticəsini göstərməklə rayonlarda koronavirusun yoluxma sayının artma ehtimalını sıfıra endirər. Təbii ki, bunlar müxtəlif təkliflərdir.

Hesab edirəm ki, Operativ Qərargahdakı mütəxəssislər bu təkliflərin hansının daha doğru olduğunu bizdən yaxşı bilir.

Biz təkliflərimizi bölüşürük. Dövlətimizin əsas məqsədi insanlarımızın təhlükəsizliyini və sağlamlığını qorumaqdır.

Ondan sonra isə vətəndaşın istirahət hüququnun təmin edilməsi, sosial və iqtisadi cəhətdən düşmüş olduğu problemdən çıxarılması və digər amillərdə nəzərə alınmalıdır".

BAKU.WS
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov