Pandemiya ilə əlaqədar məscidlər bağlıdır. Çalışacağıq ki, Məhərrəm ayında mənəvi boşluğu canlı yayım və sosial şəbəkələr vasitəsilə dolduraq.
Bizimaz.az bildirir ki, bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin deyib. O bildirib ki, bu məsələ QMİ-də müzakirə ediləcək:
“Məhərrəmlik ayında din xadimlərinin canlı yayım vasitəsilə müəyyən çıxışları ola bilər. İnsanlar bu çıxışları dinləyərək özlərində yaranmış müəyyən mənəvi boşluqları doldurarlar. Düşünürəm ki, Məhərrəmlikdə din xadimləri Ramazan ayında və Qurban bayramında olduğu kimi, sosial şəbəkələrdə canlı yayım vasitəsilə çıxış edəcəklər”.
Hacı Şahin hər kəsi pandemiya ilə əlaqədar elan edilmiş karantin qaydalarına əməl etməyə çağırıb.
Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.