Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirə yoxdur.
Bizimaz.az-n məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, hazırda bu sahədə qiymətləndirmə aparılır:
"Bu barədə növbəti vaxtlarda qərar qəbul ediləcək".