Bizimaz.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, 1 manatlıq taksilər qeyri-qanuni fəaliyyət göstərir: "Bu barədə araşdırmalar aparılır. Bakı ətrafı ərazilərdən şəhərin mərkəzinə tələbat yüksəkdir. Pandemiyadan sonrakı dövrdə tələbatın nə qədər olacağını analiz edirik. Ekspress taksi xidmətinin fəaliyyətə düşməsi ilə bağlı işlər görülür".