"Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb".

 

Bizimaz.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, TƏBİB-lə birgə həyata keçirilən tədbirlər zamanı 800-dən çox sürücü yoxlanılıb: "Hələlik sürücülərimiz arasında koronavirusa yoluxan yoxdur".