“Xüsusi karantin rejimi dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, 1 maydan cərimə proseduruna başlanmasının səbəbi nəqliyyat vasitələrinin xaotik dayanmasının sıxlığa səbəb olmasıdır:
“Nəticədə, məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.