Bütün dünyada pandemiyaya qarşı aparılan qabaqlayıcı tədbirlər sərnişindaşıma sahəsində də aparılıb. Ümumilikdə bu sahədə 24 martdan bəri 21 milyon 652 min sərnişin səyahət edib.
Bizimaz.az xəbər verir ki, bunu BNA-nın sədri Vüsal Kərimli Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, bundan başqa, 7 ekspress marşrut xətti üzrə avtobus təşkil olunub və 1 milyona yaxın 942 min sərnişin danışıb:
"Gün ərzində 1700-1750 avtobus xidmət göstərir. 105 ədəd yeni avtobus ekspress xətlər üzrə buraxılıb. Bu sıxlığın yaranmaması üçün 18 metrlik avtobuslar ayrılıb".
O qeyd edib ki, 200 yeni işə qabul olunan sürücüdən 103-ü ekspress xətlərdə fəaliyyət göstərir:
"Avtobuslarda, dayanacaqlarda, qarajlarda gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər əlcək və maska ilə təmin olunub. TƏBİB-in metodikası ilə təlimatlar sürücülərə paylanılıb. Eyni zamanda taksilərdə ki şəffaf sədlər Baku Buslarda da qurulacaq".
O bildirib ki, maarifləndirmə işləri üzrə sərnişinlərin sosial məsafəsini qorumaq üçün səsli təlimatlar, posterlər mövcuddur:
"Təəssüf ki, son günlərdə sərnişinlərin bəziləri çox məsuliyyətsiz yanaşır. Biz bu virusla yaşayırıq və bu hərəkətlər ikinci dalğa ehtimalını yüksəldir".
O vətəndaşlardan evlərini zərurət olmadan tərk etməmələri barədə xahiş edib.