Xəbər lenti




Xüsusi karantin rejimində yas mərasimlərinin çadırlarda və digər qapalı məkanlarda təşkili qadağandır.

 

Dəfn mərasimlərində isə məhdud sayda insanın iştirakına icazə verilir. Bu arada, millət vəkili Fazil Mustafa bunu koronavirusun Azərbaycan xalqına ən böyük mənəvi xeyri hesab edir.

Deputatın sözlərinə görə, ay yarımdır insanlar sakitcə, təmtəraqsız yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, gəlib evlərində qayğıları ilə məşğul olurlar. 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalır.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Hesab edirem ki, bu ən-ənənin gələcəkdə də davam eləməsi vacibdir. Çünki bizdə yas mərasimləri insanlar üçün böyük bir sıxıntı mənbəyidir. İnsanlar əslində öz əzizlərinin üzüntüsünü yaşamaqla yanaşı həm də maddi cəhətdən kifayət qədər əziyyət çəkirlər və hər hansı bir tədbiri yola vermək onlar üçün böyük bir məsrəf bahasına başa gəlir”.

Millət vəkilinin gündəmə gətirdiyi məsələni dəyərləndirən ekspertlər deyir ki, Azərbaycanda yas mərasimləri insanlar üçün böyük sosial bəlaya çevrilib.

Zahid Məmmədovov – Ekspert: “Bəzi hallarda görürsən ki, yoxsul insan bankdan kredit alır ki, mənim atamın qırxıdır, anamın qırxıdır. Bu nə deməkdir, nə düşüncədir. Nə vaxta qədər insanlar özlərinin ciblərinə uyğun olmayan mərasimlər həyata keçirəcək?”

QMİ-nin səlahiyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyir ki, rəhmətə gedən şəxsin yaxınlarının əziyyətə salınması, borc-xərcə düşməsi, yaxud israfçılığa yuvarlanması islam dininə ziddir.

Hacı Surxay Məmmədli - QMİ-nin səlahiyətli nümayəndəsi: “Bu virus bizə eyni zamanda israfa yol verməməyi də öyrətdi. İslamda həddindən artıq israf olmaz. Allahın özünün də Qurani-Kərimdə həddi var. O hədləri keçməyin, hədləri aşmayın”.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Düşünürəm ki, bu qaydaların davam etməsi lazımdır. Çünki bu həm İslam dininin tələblərinə uyğun olar, həm də əlavə insanları problemlərdən qurtarmış olar. Yaxşı olar ki, kiçik səviyədə, yaxın insanların iştirakı ilə bu mərasimlər keçirilsin”.

Bu kimi məsələlər daha çox tövsiyyələrlə tənzimlənir. Ona görə də hər bir insan dərk etməlidir ki, bu, israfçılıqdan başqa bir şey deyil.

 

 
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov