Xəbər lenti

 

Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb. Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil. Elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib. 

 

Şagird və tələbələrin pulsuz internetlə təminatı məsələsi də günümüzün ən aktual problemidir. Bir çox ölkələr, eləcə də, qonşu Türkiyədə onlayn təhsilin əlçatanlığı məqsədilə bütün tələbələr pulsuz internetlə təmin olunub.

Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı? 

Bizimaz.az  xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:

"Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub".

 

Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış "Virtual məktəb" layihəsinə dəstək çağırışına artıq "Azercell" qoşulub:

"Şirkət "Virtual məktəb" portalı üzərindən qeydiyyatdan keçmiş və "Azercell" abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir", - deyə nazirlikdən qeyd edilib.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov