Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncənin küçə və prospektlərində, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. Gündəlik olaraq həyata keçirirlən dezinfeksiya işləri Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin işçiləri tərəfindən aparılır.
İşlərə MKTİB-in 100-ə yaxın əməkdaşı və onlarla texnikası cəlb edilib. Dezinfeksiya işləri əsasən insanların gediş-gelişinin çox olduğu yerlərdə, çoxmərtəbəli binaların girişləri, blok və liftlərində aparılır. Qeyd olunan yerlərə xüsusi dezinfeksiyaedici məhlull çilənir. İşlər şəhərin qəsəbələri də əhatə edir.
Gəncə Şənər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdə aparılan dezinfeksiya işlərinə fevral ayından başlanılıb. Bu müddət ərzində qeyd olunan yerlərlə yanaşı uşaq bağçaları, məktəb və universitetlərdə, habelə Gəncə Uşaq Evi, Gəncə Şəhər 2 saylı Körpələr evi, Gəncə “SOS” Uşaq Kəndi, o cümlədən Gəncə Şəhər Pensiyaçıların Ərzai Sosial Xidmət Mərkəzində bir neçə dəfə dezinfeksiya işləri aparılıb. Xüsusi karantin rejimi günlərində fəaliyyət göstərən idarə və müəssisələr də diqqətdən kənarda qalmayıblar.
Gəncədə dezinfeksiya işlərinin həyata keçirilməsinə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətləri, habelə Kəpəz və Nizami rayon bələdiyyələri də dəstək verirlər. İşlər bundan sonra da davam etdiriləcək.




Qoşqar Haqverdiyev